Şirvan Milli Parkında ceyran ovlanmasında adı hallanan şəxslə bağlı detal məlum olub.
Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məlumatda adı qeyd olunan vətəndaş Elvin Əsgərov nazirliyin əməkdaşı deyil.
"Elvin Əsgərov Fövqəladə Hallar Nazirliyi sistemində əvvəllər çalışıb", - deyə nazirlikdən bildirilib.