Avrasiya Əməkdaşlıq Fondunun Azərbaycanda olması yolverilməzdir - Rey Kərimoğlu

Avrasiya Əməkdaşlıq Fondunun Azərbaycanda olması yolverilməzdir -  Rey Kərimoğlu backend

Avrasiya Əməkdaşlıq Fondu bu günlərdə Bakıda gənclər üçün “Bakı Münaqişə Məktəbi-2025” adlı layihəyə başlamağa hazırlaşır. Layihənin məzmunu "Münaqişə Məktəbi Məzun Şəbəkəsi” adı altında təslimçi düşüncəli, ultra-liberal, qeyri-ənənəvi dəyərləri dəstəkləyən gəncləri Fondun çətiri altında toplamaqdır.

Bununla bağlı tanınmış jurnalist Rey Kərimoğlu Qaziler.az-a bunları bildirib:

"Mən Avrasiya Əməkdaşlıq Fondunu yaxşı tanıyıram.. Fond 2012-ci ildə Gürcüstanda  tədbir keçirəndə mən gördüm ki, onlar demokratiya, insan haqları, plüralizm, azad söz adı altında Azərbaycan əleyhinə fəaliyyət göstərirlər. Onlar müxtəlif adlarla qurumlar yaradaraq Azərbaycana daxil olurlar. Onların Azərbaycanda olması yolverilməzdir, bu, Azərbaycan dövlətçiliyinə təhdiddir. Biz onların ölkəmizdən çıxarılmasını tələb edirik! Rədd olub getsinlər Azərbaycandan. Onların burada olması Azərbaycana yaxşı heç nə vəd etmir. 

Hələ 2012-ci ildə Tbilisidə görüşdə olanda Ermənistan, Gürcüstan, Azərbaycan, Abxaziya və müxtəlif ölkələrdən ora adamları yığaraq Azərbaycan əleyhinə layihələr icra edirdilər. Məsələn, orada Ermənistandan gələn şəxs Levon Ter-Qabrielyan qatı daşnak idi.

O vaxt mən Avrasiya Əməkdaşlıq Fondunun layihələrindən iştirakdan imtina etdim. Çünkii onların nə işlə məşğul olduqlarını bilirdim". 

QAZİLER.AZ

Diaspora