Əlilliyi olan 13 minə yaxın şəxs məşğulluğa cəlb edilib - FOTO

Əlilliyi olan 13 minə yaxın şəxs məşğulluğa cəlb edilib - FOTO backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən məşğulluq xidmətlərinin icrasında həssas əhali qruplarına, o cümlədən əlilliyi olan şəxslərə üstünlük verilir. 

Qaziler.az xəbər verir ki, bu barədə nazirliyin məlumatında qeyd olunub.

Son bir ildə bu kateqoriyadan olan 13 minə yaxın şəxs məşğulluq tədbirlərinə cəlb edilib. Onlardan 10,9 min şəxs münasib işlərlə təmin edilib. Həmçinin, ötən il əlilliyi olan 1,5 min şəxs özünüməşğulluq proqramına cəlb edilib. Onlar proqram çərçivəsində mal və materiallarla təmin olunaraq öz kiçik təsərrüfatlarını qurublar.

Agentlik tərəfindən son bir ildə əlilliyi olan 500-ə yaxın şəxs isə əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığına cəlb edilib. 

Diaspora