Göyçayda tələbə qızların zəərlənməsi ilə bağlı rəsmi açıqlama

Göyçayda tələbə qızların zəərlənməsi ilə bağlı  rəsmi açıqlama backend

Göyçayda baş verən hadisənin qida zəhərlənməsi olmadığı açıqlanıb.

Bu barədə "Report"a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Bildirilib ki, baş verən hadisə ilə bağlı Agentliyinin əməkdaşlarından ibarət mütəxəssis qrupu tərəfindən aidiyyəti qurumların əməkdaşları ilə birgə müvafiq araşdırmalar aparılıb.

İlkin araşdırmalar nəticəsində hadisənin qida zəhərlənməsi olması barədə yayılan məlumatlar təsdiqini tapmayıb.

Belə ki, Göyçay rayon mərkəzi xəstəxanasından Agentliyə daxil olan məlumatda həmin şəxslərə “toksik alergik qastrid” və “dəqiqləşdirilməmiş qastrid” diaqnozları qoyulduğu qeyd edilib.

Qeyd edək ki, Göyçay rayonunda 5 tələbə qız zəhərlənib. Onların mağazadan aldıqları tort və evdə hazırladıqları salatdan zəhərləndiyi ehtimal olunub. 

Diaspora