Ötən il pensiya, müavinət, təqaüd, ünvanlı yardımlar üzrə 8 mlrd. 846 mln. manat ödənilib

Ötən il pensiya, müavinət, təqaüd, ünvanlı yardımlar üzrə 8 mlrd. 846 mln. manat ödənilib backend

Sosial təminat sisteminin mütəmadi gücləndirilməsi, sosial ödənişlərdə ardıcıl artım dinamikası pensiya, müavinət, təqaüd, ünvanlı yardımlar üzrə ayrılan vəsaitlərin ötən il də  əhəmiyyətli artması ilə nəticələnib.  

Bu barədə Qaziler.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyndən bildirilib.

2024-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən pensiya, müavinət, təqaüd, ünvanlı yardımlar üzrə əhaliyə 8 mlrd. 846 mln. manat ödənilib ki, bu da əvvəlki ilə nisbətən 844 mln. manat (10,6 faiz) çoxdur. 

 

Diaspora