Bakı şəhəri Xəzər rayonunda ortatəzyiqli qaz kəməri üzərində qoruyucu klapanın quraşdırılması, Sabunçu rayonu ərazisində isə yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması məqsədi ilə 22.01.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.
Qaziler.az xəbər verir ki, bununla bağlı "Azəriqaz" İB məlumat yayıb.
Bildirilib ki, təmir işləri aparılan müddətdə Xəzər rayonu, Buzovna qəsəbəsinin Quşçuluq yaşayış massivinin və Sabunçu rayonunun Şəhər şosesi, N.Baybakov, İ.Aslanov, M.İbrahimov, Y.Saratov, M.Ə.Rəsulzadə küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.