İlyas İsmayılovun son vəziyyəti açıqlanıb.
Mərkəzi Klinikanın Mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, İlyas İsmayılovun vəziyyəti ağır stabil olaraq qalır.
Bildirilib ki, onun müalicəsi Mərkəzi Klinikanın reanimasiya şöbəsində davam edir.
Qeyd edək ki, bir müddət əvvəl insult keçirən İlyas İsmayılov Mərkəzi Klinikaya yerləşdirilib.
Xatırladaq ki, İlyas İsmayılov 1985-1990-cı illərdə Respublika prokuroru, 1992-1995-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. Milli Məclisin III və IV çağırış deputatı olub. 2001-ci ildən Ədalət Partiyasına sədrlik edir.