20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov və Xidmətin rəhbər heyəti Şəhidlər xiyabanını ziyarət edib.
Xidmətdən Qaziler.az-a verilən məlumata görə, Azərbaycanın azadlığı uğrunda canlarından keçmiş Vətən övladlarının müqəddəs xatirəsi ehtiramla yad edilib, məzarlarına qərənfillər düzülüb.
Daha sonra “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.