Kaliforniyada yanğınlar səbəbi ilə Azərbaycanın Baş konsulluğu fəaliyyət göstərdiyi binadan köçürülüb.
Apa xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
Nazir qeyd edib ki, hadisə baş verən zaman bu barədə məlumat yayılıb: “Baş konsulluq fəaliyyətini dayandırmayıb, sadəcə olaraq, fəaliyyətini məsafədən həyata keçirir, Baş konsulluqla əlaqə vasitələri mövcuddur”.