Qazaxıstan və Rusiyanın aidiyyəti qurumları ilə təyyarə qəzasına dair birgə araşdırmalar aparılır - Baş prokuror

Qazaxıstan və Rusiyanın aidiyyəti qurumları ilə təyyarə qəzasına dair birgə araşdırmalar aparılır - Baş prokuror backend

Prezident İlham Əliyevin tapşırığı və göstərişi ilə bütün aidiyyəti dövlət qurumları AZAL təyyarəsinin Aktuada qəzaya uğraması ilə bağlı səfərbər olunublar, öhdəliklərinə düşən vəzifələri yerinə yetirirlər.

Trend xəbər verir ki, bunu bu gün 20 Yanvar faciəsi ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edərkən jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.

O qeyd edib ki, prokurorluq olaraq ölkə rəhbərliyinin başçılığı ilə cinayət işi başlanıb.

"Həm Qazaxıstan, həm də Rusiyanın aidiyyəti qurumları - hüquq-mühafizə orqanları, prokurorluq xidmətləri ilə bununla bağlı birgə araşdırmalar aparılır. Bu faktla bağlı üç ölkədə - Rusiya, Qazaxıstan və Azərbaycanda cinayət işi başlanmışdır.

Qazaxıstan, Azərbaycan və Rusiya dövlətlərinin aidiyyəti qurumları özlərinə aid sahədə sübutları toplayıb ki, sonradan bu sübutların birgə təhlil edilməsi, təqsirli şəxslərin müəyyən edilməsi tədbirləri görüləcəkdir. Hazırda Rusiyanın İstintaq Komitəsi tərəfindən, Baş Prokurorluq tərəfindən bu istiqamətdə müvafiq istintaq hərəkətləri aparılır", - K . Əliyev əlavə edib.

Xatırladaq ki, 2024-cü il dekabrın 25-də AZAL-a məxsus olan Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həyatını itirib, 29 nəfər isə sağ qalıb.

Diaspora