AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı onlar da araşdırılır

AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı onlar da araşdırılır backend

Rusiya İstintaq Komitəsi “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) “Embraer 190” təyyarəsinin qəzaya uğraması ilə bağlı Çeçenistanda hava hücumundan müdafiə sisteminin işini qiymətləndirəcək.

QAZÍLER.AZ  Lent.az istinadla bildirir ki, həmçinin hava hərəkətinin idarə edilməsi sisteminin auditi təşkil olunacaq. Müstəntiqlər bundan əlavə Qroznı, Mahaçqala və Mineralnıye Vodıda dispetçerlərin hərəkətlərini öyrənəcəklər. Hazırda onların qəzaya uğramış təyyarənin komandiri ilə danışıqları hazırda təhlil edilir. Bildirilib ki, hərtərəfli təşkilati və texniki məhkəmə ekspertizası komissiyası təyin edilib.

İstintaq Komitəsi xatırladıb ki, hadisə ilə bağlı insanların ölümü ilə nəticələnən yol hərəkəti və hava nəqliyyatının istismarı qaydalarını pozma (CM-nin 263-cü maddəsi) ilə cinayət işi açılıb. Bakıdan Qroznıya uçan Azərbaycan təyyarəsi Çeçenistanın paytaxtında hava hücumundan müdafiə sistemi ilə vurulub. Rusiyanın yaxın şəhərlərində enişinə icazə verilmədikdən sonra Qazaxıstanın Aktau şəhərinə gedib və nəticədə orada qəzaya uğrayıb.

İstintaq Komitəsi qeyd edib ki, hər iki ölkənin səlahiyyətli orqanları ilə qarşılıqlı əlaqə yaradılıb, həmçinin Dövlətlərarası Aviasiya Komitəsinin mütəxəssisləri ilə birlikdə “Embraer” “qara qutu”larından maddi sübutlar və məlumatlar öyrənilir.

İstintaq faciənin səbəbləri ilə bağlı bütün mümkün versiyaları araşdırır.

Qeydedək ki, AZAL-ın təyyarəsi dekabrın 25-i səhər saatlarında qəzaya uğrayıb. Təyyarədə 67 nəfər olub, onlardan 39-u həlak olub. “Reuters“ və “Euronews”un Azərbaycan hökumətindəki mənbələri bildiriblər ki, qəzaya səbəb Ukrayna pilotsuz təyyarələrinin Qroznıya hücumunu dəf edərkən təyyarənin yaxınlığında partlayan “Pantsir” buraxılış qurğusundan atılan raket olub

Diaspora