"Toplum TV" işi üzrə daha iki nəfər saxlanılıb

"Toplum TV" işi üzrə daha iki nəfər saxlanılıb backend

"Toplum TV" işi üzrə barəsində polis nəzarəti altında olma qətimkan tədbiri seçilmiş jurnalist Fərid İsmayılov saxlanılıb.

Qaziler.az APA-ya istinadla xəbər verir ki, onunla bağlı həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə istintaq orqanı tərəfindən məhkəməyə təqdimat daxil olub.

Fərid İsmayılovla birgə otaq yoldaşı olan Nihat İbrahimxəlilov (Libertayn) da saxlanılıb.

Fərid İsmayılovla bağlı təqdimata Xətai Rayon Məhkəməsində hakim Fuad Axundovun sədrliyi ilə baxılır.

Qeyd edək ki, ötən ilin mart ayının 6-da "Toplum TV"nin ofisində axtarış aparılıb.

Paytaxtın Nərimanov rayonu, Y. V. Çəmənzəminli küçəsi, ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları əməliyyat-axtarış tədbirləri keçiriblər.

Xətai Rayon Məhkəməsində "Toplum TV"nin həmtəsisçiləri Akif Qurbanov, Ələsgər Əhmədoğlu (Məmmədli), əməkdaşı və III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli barəsində həbs qətimkan tədbiri seçilib. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

"Toplum" TV işi üzrə istintaq yekunlaşıb. İş üzrə təqsirləndirilən şəxslərə qarşı əlavə olaraq ittihamlar irəli sürülüb.

Diaspora