Lənkəran şəhəri, Siyavar kəndi yaxınlığında Xəzər dənizində 2 nəfər balıqçının 13 yanvar 2025-ci il tarixində itkin düşməsi barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olmuş məlumat əsasında axtarışlar davam etdirilir.
Bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, hazırda itkin düşdüyü ehtimal edilən vətəndaşlar - 1984-cü il təvəllüdlü İbayev Mahmud Əbdüləli oğlu və 1968-ci il təvəllüdlü Abbasov Nazim Səməd oğlunun axtarışları FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri tərəfindən həyata keçirilir.

