30 yaşında tərk etdiyim doğma yurdumuz Cəbrayıla qayıdışın sevincini, həyəcanını yaşayıram.
Bunu Trend-ə açıqlamasında Cəbrayıl sakini Ələddin Hüseynov deyib.
Onun sözlərinə görə, indi 62 yaşında doğma elinə, obasına qayıdır.
"Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin, dövlətimizi və ordumuzu qorusun", -deyə o qeyd edib.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 mindən çox insan yaşayır.