Monteneqronun Çetinye şəhərində kafedə baş verən atışma nəticəsində ölənlərin sayı 14-ə çatıb.
Qaziler.az bildirir ki, bu barədə ölkənin Podqoritsadakı Kliniki Mərkəzi (KCCG) məlumat yayıb.
“Sizə təəssüflə bildiririk ki, xəstə K.D. (1985-ci il təvəllüdlü) paytaxt Çetinyedə baş vermiş faciəvi hadisə nəticəsində aldığı xəsarətlərə görə Monteneqronun Kliniki Mərkəzinə yerləşdirilib”, - nəşrdə qeyd edilir.
48 yaşlı kişinin əməliyyat olunduğu, iki gün ərzində səhhətinin yaxşılaşdığı bildirilir. Lakin onun vəziyyəti qəfil pisləşib və nəticədə ölümlə nəticələnib.
QAZİLER.AZ