Yanvarın 7-də Bakı Metropoliteninin "Ulduz" stansiyasında özünü qatarın altına atan Saməddin Aslanov vəfat edib.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, 07.01.2025-ci il tarixində saat 22:40-da 2007-ci il təvəllüdlü şəxs (kişi cinsli) Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub:
"Baş-beyinin travması diaqnozu ilə Cərrahi reanimasiya şöbəsinə yerləşdirilən pasiyentin vəziyyəti ağır qiymətləndirilib.
Aparılan müalicə və reanimasiya tədbirlərə baxmayaraq, 08.01.2025-ci il tarixində saat 13:00-da onun ölüm faktı qeydə alınıb".
Həmçinin, "Qafqazinfo"nun məlumatına görə, intihar edən gənc 1-ci kurs tələbəsidir.
Şəhid Vüsal Vəliyevin qardaşı Elyar Vəliyev bildirib ki, Saməddin Vətən müharibəsi şəhidi Babək Aslanovun qardaşıdır. O, intihar etməzdən əvvəl sosial şəbəkədə bunun anonsunu verib və ağır psixoloji vəziyyətdə olduğunu, intiharına görə heç kimin günahkar olmadığını bildirib.