Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisindəki faktiki hava şəraitini açıqlayıb. Nazirliyin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, noyabrın 7-dən 10-dək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, yağış yağıb, Abşeron yarımadasının bəzi yerlərində intensiv, Lənkəran-Astara zonasında güclü olub.
Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 20-30 mm (aylıq normanın 86 faizi), Lənkəran-Astara zonasında 69-122 mm (aylıq normanın 44-72 faizi), Mərkəzi Aran rayonlarında 13-19 mm (aylıq normanın 41-66 faizi), Böyük Qafqazda 10-19 mm (aylıq normanın 38 faizi) təşkil edib.Bakıda aylıq normanın 86 faizi miqdarında yağıntı düşüb

