Mərkəzi Bankda rəhbər vəzifələrə YENİ TƏYİNATLAR

Mərkəzi Bankda rəhbər vəzifələrə YENİ TƏYİNATLAR backend

Azərbaycan Mərkəzi Bankında (AMB) baş direktor və sədrin müşaviri vəzifələrinə yeni təyinatlar olub.

Qaziler.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, Fuad İsayev baş direktor, Ülvin Əliyev isə sədrin müşaviri təyin edilib. Bununla da, baş direktorların sayı 6-ya, sədrin müşavirlərinin sayı isə 4-ə çatıb.

F.İsayev əmək fəaliyyətinə 2005-ci ildə AMB-də başlayıb və son təyinata qədər qurumun Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru işləyib. Ü.Əliyev isə əmək fəaliyyətinə 2009-cu ildə turizm sektorunda başlayıb, ardınca “Moody International LTD” şirkətində, “Azercell Telecom” MMC-də, “PAŞA Bank” ASC-də çalışıb, 2022-ci ildən isə AMB-də müxtəlif vəzifələrdə, son təyinata qədər isə Sədrin ofisi departamentinin direktoru işləyib.

Diaspora