Ödənişli təşviqatla bağlı Mərkəzi Seçki Komissiyası (MSK) bütün media subyektlərinə qanunvericilikdə nəzərdə tutulmuş vaxtda müraciət ünvanlayıb.
APA xəbər verir ki, bunu MSK-nın bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.
Rövzət Qasımov bildirib ki, bələdiyyə seçkilərində ödənişli seçkiqabağı təşviqata qoşulmaqla bağlı 20 media qurumu MSK-ya müraciət edib: “Bu müraciətlərin hamısı təmin edilib, onların müvafiq təklif və məlumatları təşviqat subyektlərinin tanış olması üçün MSK-nın rəsmi internet səhifəsində yerləşdirilib”.
MSK sədrinin müavini qeyd edib ki, təşviqatla əlaqədar açıq və qapalı olmaqla, ümumilikdə 5912 görüş yeri də namizədlər üçün müəyyən edilib: “Qanunvericilikdə qadağn olmayan digər yerlərdə də namizədlər təşviqat apara bilərlər”.