DİN-dən saxta kirayə ev elanları ilə bağlı vətəndaşlara MÜRACİƏT

DİN-dən saxta kirayə ev elanları ilə bağlı vətəndaşlara  MÜRACİƏT backend

Daxili İşlər Nazirliyi (DİN) saxta kirayə ev elanları ilə bağlı vətəndaşlara müraciət edib.

Qaziler.az müraciəti təqdim edir:

"Son dövrlərdə bir çox vətəndaş saxta kirayə ev elanlarının qurbanı olur. Bu kimi hallarla qarşılaşmamaq üçün diqqətli olun. Elanı diqqətlə yoxlayın. Təklif çox ucuz görünərsə, ehtiyatlı olun. Qanuni sənədlər tələb edin. Əvvəlcədən ödəniş etməyin. Mənzili şəxsən görmədən razılaşma bağlamayın. Sizi aldatmaq istəyənlərə qarşı tədbirli olun. Əmin olmadığınız hallarda DİN-in 102 Zəng mərkəzinə, ərazi polis orqanlarına müraciət edin. Qanuni yaşayış üçün hər zaman təhlükəsiz yoldan gedin".

Diaspora