Sumqayıt şəhərində dəm qazından zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb.
Bu barədə “Report”un yerli bürosuna Sumqayıt Tibb Mərkəzindən məlumat verilib.
Qeyd edilib ki, 2025-ci il yanvarın 5-i saat 01:50 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına dörd kişi, Uşaq Xəstəxanasına isə bir nəfər hospitalizasiya olunub.
Dəm qazının toksiki təsiri diaqnozları təyin edilən şəxslərə zəruri tibbi xidmətlər göstərilib, onlar ambulator müalicə üçün evə buraxılıblar.