Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsində kadr dəyişiklikləri edib.
Lent.az-ın aznews.az-a istinadən məlumatına görə, dəyişikliklərdən biri də baş nazirin birinci müavini Yaqub Eyyubovun oğlu Fərhad Eyyubovun vəzifəsinin yüksəldilməsi olub. Nazirin imzaladığı müvafiq əmrə əsasən, idarədə şöbə rəisi işləyən polkovnik-leytenant F.Eyyubov bundan sonra rəisin ikinci müavini kimi fəaliyyət göstərəcək.Yaqub Eyyubovun oğlu rəis müavini oldu

