Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti “HSE Awards 2024” müsabiqəsində mükafata layiq görülüb.
Bu barədə Qaziler.az-a nazirlikdən məlumat verilib.
Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası tərəfindən təşkil edilən həmin müsabiqədə Xidmətin cari ildəki innovativ fəaliyyəti, əməyin mühafizəsi və təhlükəsizliyi istiqamətində addımları münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib.
Beləliklə, Dövlət Əmək Müfəttişliyi Xidməti müsabiqənin “HSE Innovation Award” nominasiyası üzrə təltif olunub.
HSE (Sağlamlıq, Təhlükəsizlik və Ətraf Mühit) mükafatlarının təqdim olunmasının əsas məqsədi müxtəlif sənaye sahələrində sağlamlıq, təhlükəsizlik və ekoloji davamlılıqla bağlı ən yaxşı təcrübələri tanımaq və təşviq etməkdən ibarətdir.