"Kanal 13" internet televiziyasının əməkdaşı Şamo Emin azadlığa buraxılıb.
Bu barədə "Report"a onun vəkili Elçin Sadıqov məlumat verib.
O bildirib ki, Ş.Emin istintaqın müddəti bitdiyi üçün azadlığa buraxılıb.
Qeyd edək ki, Şamo Emin “Kanal 13” internet televiziyası ilə əməkdaşlıq edib. O, ötən ilin dekabr ayında həbs olunub.
Ş.Eminə qarşı Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.
Onunla birlikdə televiziyanın rəhbəri Əziz Orucov da həbs edilib.