ANAMA-nın əməkdaşının evdən meyiti tapılıb

ANAMA-nın əməkdaşının evdən meyiti tapılıb backend

Qazaxda 43 yaşlı kişinin meyiti mənzildən tapılıb.

"Report"un məlumatına görə, Ağdam rayon sakini, 1981-ci il təvəllüdlü Vasif Yaqubovun meyiti yaşadığı mənzilin hamam otağında tapılıb.

Meyit Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qazax rayon şöbəsinə təhvil verilib. Onun ölüm səbəbləri dəqiqləşdirilir.

Qeyd edək ki, mərhumun ANAMA-nın əməkdaşı olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Diaspora