Vətən müharibəsi qəhrəmanlarına həsr olunan “Söz” tamaşasının premyerası olub - FOTO

Vətən müharibəsi qəhrəmanlarına həsr olunan “Söz” tamaşasının premyerası olub - FOTO backend

17 dekabr saat 16:00-da Şəhriyar adına Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarına həsr olunan “Söz” adlı teatrlaşdırılmış ədəbi-bədii musiqili kompazisiyanın premyerası olub. 

Qaziler.az xəbər verir ki, əvvəlcə şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub, qalibiyyət tariximizə gələn şərəfli yoldan danışılıb.

Musiqili kompazisiyanın layihə rəhbəri və idea müəllifi  Vətənpərvərliyin Təbliğinə Dəstək İctimai Birliyinin sədr müavini bəstəkar, yazar Fərahim Sadiq, kompazisiyanın teatrlaşdırılmış hissəsinin quruluşçu rejissoru 18 yaşlı gənc aktyor, yazar, bədii qiraətçi Aysu Türkeldir. Xatırladaq ki, bu onun rejissor kimi ilk işidir.

Şəhid ailələri, qazilər, veteranlar, ATU-nun Hərbi tibb fakültəsinin rəhbər heyəti və kursantları, bir çox nüfuzlu vətənpərvər QHT rəhbərləri, tanınmış ictimai şəxslər, mədəniyyət və incəsənət xadimlərinində qatıldığı tədbir böyük maraqla qarşılanıb. Müzəffər ordumuzun düşmən üzərində möhtəşəm qələbəsini, Vətənin cəsur övladlarının qəhrəmanlığını özündə əks etdirən kompozisiya tamaşaçılara qürurverici anlar yaşadıb.

Diaspora