Dövlət Xidməti təşkilat üzvlərini təltif edib - FOTO

Dövlət Xidməti təşkilat üzvlərini təltif edib - FOTO backend

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində bir sıra şəxsləri təltif edib. 

Qaziler.az bu barədə Dövlət Xidmətinə istinadla xəbər verir. 

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 7 nəfər üzvü gənclərin vətənpərvərlik tərbiyəsində göstərdikləri xidmətlərinə görə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimovun müvafiq əmri ilə fəxri fərmanla təltif ediliblər. 

Təqdimat mərasimində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov, həmçinin Dövlət Xidmətinin rəhbər şəxsləri – polkovnik Tehran Babatov və Pərviz Sədrəddinov iştirak ediblər. 

Tədbirdə çıxış edən Cəlil Xəlilov üzvlərinin həvəsləndirilməsini yüksək qiymətləndirib və təşəbbüsə görə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimova minnətdarlığını bildirib. 

Diaspora