Abşeron Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub

Abşeron Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub backend

Abşeron Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub.

“Report” un yerli bürosunun əldə etdiyi məlumata görə, bununla bağlı TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov müvafiq əmr imzalayıb.

Bu vəzifəyə Səkinə Sadıxova təyinat alıb.

Qeyd edək ki, S.Sadıxova bu təyinatadək TƏBİB-in İcraçı direktorunun müşaviri kimi fəaliyyət göstərib. O, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2016-cı ildə “Tərəqqi” medalı ilə təltif olunub.

Xatırlada ki, bundan əvvəl tibb müəssisəsinin direktoru Azər İsmayılov idi. O, 2022-ci ildə bu vəzifəyə təyin olunmuşdu.

Diaspora