Azərbaycan Prezidenti gələn ilin dövlət büdcəsini təsdiqləyib

Azərbaycan Prezidenti gələn ilin dövlət büdcəsini təsdiqləyib backend

2025-ci ildə dövlət büdcəsinin gəlirləri 38 milyard 316 milyon manat olacaq.

Apa-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanunda əksini tapıb.

Bu, 2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 5,3 % çoxdur.

Gələn il dövlət büdcəsinin xərcləri isə 41 milyard 367,6 milyon manat, 2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 4,1 % çox olacaq.

Diaspora