Noyabrın 9-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaq keçirilib. QAZİLER.AZ-ın AzərTAc-a istinadən xəbərinə görə, prezidenti İlham Əliyev yığıncaqda iştirak edib. Dövlət başçısı AMEA-nın ümumi yığıncağında nitq söyləyib.
Sonra AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Nobel mükafatı laureatı, professor Corc Ficral Smut, Dubne Nüvə Tədqiqatları İnstitutunun direktoru, akademik Viktor Matveyev çıxış edib.