Xəzərdə gün ərzində üçüncü dəfə zəlzələ olub

Xəzərdə gün ərzində üçüncü dəfə zəlzələ olub backend

Xəzər dənizində bu gün üçüncü dəfə zəlzələ qeydə alınıb.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Qeyd edilib ki, təkanlar yerli vaxtla saat 10:52-də olub. 3,4 maqnitudalı zəlzələ ocağı 30 kilometr dərinlikdə yerləşib.

Seysmoloji Xidmət Mərkəzi həmçinin qeyd edib ki, bu gün Xəzər dənizində olan zəlzələlər zəif zəlzələlərdir:

"Maqnitudası 3-dən yuxarı olan yerli təkanlarla bağlı ictimaiyyət məlumatlandırılır".

Diaspora