Prezident İlham Əliyev Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanlarla bağlı başsağlığı verib.
Qaziler.az xəbər verir ki, bu barədə dövlət başçısının sosial şəbəkə hesablarında paylaşım edilib.
Paylaşımda deyilir:
"Azərbaycan Hava Yolları" şirkətinə məxsus Bakı-Qroznı istiqamətində uçan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə şəfa tapmasını diləyirəm".