Maya Sandu prezident andı içib, bu məlumatı Moldova mediası yayıb.
Qaziler.az bildirir ki, Maya Sandu rəsmi olaraq ikinci müddətə ölkə prezidenti vəzifəsinə başlayıb.
Maya Sandu and içdikdən sonra çıxışında dediyi kimi, son illərin böhranlarına və Rusiyanın Ukraynanı işğal etməsinə baxmayaraq, Moldova sülhü və demokratiyanı qoruya bilib.
“Mən ilk mandatım dövründə yorulmadan çalışmışam və bundan sonra da daha böyük şövq və enerji ilə çalışacağam. Dörd ildən sonra deyə bilərəm ki, müstəqilliyimizin 30 ilində görülməyən işləri görə bildik. Biz Moldovanın nə demək olduğunu unutmayaq - irs, nikbinlik, mübarizə, inkişaf, təşkilatçılıq, iradə və ambisiya”, - Sandu bildirib.
QAZİLER.AZ