Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “e-sosial” internet portalı Böyük Britaniyanın Pensiya İdarəetmə İnstitutunun builki “Pinnacle Awards” müsabiqəsində münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib.
Qaziler.az xəbər verir ki, portal müsabiqənin “Təsir” kateqoriyası üzrə mükafata layiq görülüb.
İnstitutun hər il keçirdiyi müsabiqələr pensiya idarəçiliyi və əlaqəli sahələrdə uğurlu təcrübələri üzə çıxararaq tanıtmaq məqsədi daşıyır.
2019-cu ildən istifadəyə verilən e-sosial.az portalı vətəndaşlara onların sosial məlumatlarına real vaxt rejimində çıxış və sosial-əmək hüquqlarının təminatına nəzarət imkanı verir.
Ötən dövrdə portal Beynəlxalq Telekommunikasiya İttifaqının Ümumdünya Sammitinin müsabiqəsində “Çempion layihə” mükafatına, Beynəlxalq Sosial Təminat Assosiasiyanın “Ən yaxşı təcrübə üzrə Nailiyyət Mükafatı”ına, "iESE - The Public Sector Transformation Partner” beynəlxalq qurumunun “Mükəmməllik sertifikatı”na və s. beynəlxalq mükafatlara da layiq görülüb.