“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

“Bakı Metropoliteni”nin yeni sədri kimdir? -  DOSYE backend

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Zaur Mir Tofiq oğlu Hüseynov “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib. Vüsal Yusif oğlu Aslanov bu vəzifəyə təyin olunub.

Trend QSC-nin yeni sədrinin dosyesini təqdim edir:

Vüsal Aslanov 1981-ci ildə anadan olub.

Bakı Dövlət Universitetində "Hüquq" ixtisası üzrə təhsil alıb, mülki və təsərrüfat hüququ üzrə magistr dərəcəsi əldə edib. 2020-ci ildə "Maastricht School of Management"i bitirib.

2004–2015-ci illərdə “Azərinşaatservis” MMC, “Azərinteltek” QSC, “Azərcon” ASC və “Retro-Park” MTK-da müxtəlif vəzifələrdə çalışıb.

2015–2016-cı illərdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müşaviri vəzifəsində işləyib.

2016-cı ildə “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müavini təyin edilib.

Diaspora