Etimad Əsədovun doğum günüdür - Yaşasaydı...

Etimad Əsədovun doğum günüdür -  Yaşasaydı... backend

Bu gün "Qarabağ qaziləri" ictimai birliyinin mərhum sədri, Qarabağ qazisi Etimad Əsədovun doğum günüdür.

Qaziler.az bildirir ki, yaşasaydı 61 yaşı olacaqdı. 

Əsədov Ehtimat Savalan oğlu 1963 - cü ilin 20 dekabrında Ağdam rayonunun Paprəvənd kəndində anadan olub. 1970-1980-cı illərdə həmin kənd orta məktəbini bitirib.

1982-84 – cü illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub.

SSRİ dövründə Rusiyada yaşayıb və müxtəlif işlərdə çalışıb.

1991 – ci ildə erməni işğalına qarşı döyüşmək üçün Azərbaycana qayıdıb. Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant, şəhid Şirin Mirzəyevin yaratdığı 836 saylı Ağdam Ərazi Özünü Müdafiə batalyonunda erməni işğalçılarına qarşı döyüşüb. 1992-ci ildə, mart ayının 10-da Ağdərə istiqamətində gedən döyüşdə ağır yaralanıb, bir ayağını itirib.

1993-cü ildən Qarabağ Əlillər Cəmiyyətinin, 2002-ci ildən vəfat edənə qədər isə "Qarabağ qaziləri” İctimai Birliyinin sədri olub.

2003-cü ilin oktyabrında apardığı mübarizəyə görə həbs olunub. 2005-ci ilin yazında həbsdən azad edilib.

Qarabağ əlilləri, şəhid ailələrinin həyat şəraitini yaxşılaşdırmaq üçün bir çox hüquqi aktların təşəbbüskarı və müəllifi olub. Azərbaycan Prezidenti Heydər Əliyevin 26 avqust 1994-cü il tarixində imzaladığı 193 saylı fərmanı birbaşa E.Əsədovun xidməti sayəsində meydana çıxmışdı.

Ali təhsilli idi.

Özündən sonra iki övladı – Fidan adında qızı, Əli adında oğlu əmanət qalıb.

Xatırladaq ki, "Qarabağ qaziləri” İctimai Birliyinin sədri Etimad Əsədov 2018-ci il oktyabr ayının 16-da vəfat edib.

ALLAH RƏHMƏT ELƏSİN!

QAZİLER.AZ

Diaspora