Bələdiyyə seçkiləri ilə əlaqədar imza vərəqələrini təqdim edənlərin sayı açıqlanıb

Bələdiyyə seçkiləri ilə əlaqədar imza vərəqələrini təqdim edənlərin sayı açıqlanıb backend

Bələdiyyə seçkiləri ilə əlaqədar bu günə qədər 1053 nəfər imza vərəqələrini təqdim edib.

"Report" xəbər verir ki, bunu MSK sədrinin müavini Rövzət Qasımov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, ümumilikdə 6 min 872 nəfərin namizədliyi irəli sürülüb. 350-yə yaxın namizəd qeydə alınıb. Müraciət edənlərin yarıdan çoxu 21-35 yaşlı şəxslərdir.

Qeyd edək ki, 2025-ci il yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək.

Diaspora