Türkmənistan prezidenti Moskvada Qələbənin 80 illiyi ilə bağlı tədbirlərdə iştirak edəcək

Türkmənistan prezidenti Moskvada Qələbənin 80 illiyi ilə bağlı tədbirlərdə iştirak edəcək backend

Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi şərəfinə keçirilən bayram tədbirləri üçün Rusiyaya dəvət olunub.

Qaziler.az bildirir ki, bu barədə Rusiyanın Türkmənistandakı səfiri İvan Volınkin mətbuat konfransı zamanı bildirib.

“Gələn il yubiley ilidir - Böyük Vətən Müharibəsində ümumi Qələbəmizin 80 illiyidir, təbii ki, həm Rusiyada, həm də Türkmənistanda bu tarixə həsr olunmuş genişmiqyaslı tədbirlər keçiriləcək. Əminəm ki, Türkmənistan Prezidenti yaxşı ənənəyə sadiq qalaraq bu bayramlarda Rusiya Federasiyasına səfər edəcəkdir. Müvafiq dəvət var. Təəssüflər olsun ki, veteranların getdikcə azalır, mən hesab edirəm ki, biz bu tarixi geniş şəkildə və şənliklə qeyd etməliyik. Biz onlara dəstək olmalıyıq, onlar üçün əsl bayram etməliyik”.

2024-cü ildə prezident Serdar Berdiməhəmmədov Rusiya lideri Vladimir Putinin dəvəti ilə Böyük Vətən Müharibəsində Qələbənin 79-cu ildönümü şərəfinə keçirilən şənliklərdə fəxri qonaq kimi iştirak edib.

QAZİLER.AZ

Diaspora