"Dekabrın 16-da gecə saat 01:30-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Nəsimi rayonu ərazisindən çağırış daxil olub. 83 yaşlı Xalq artisti Ofeliya Sənani ağciyər ödemi diaqnozu ilə Xətai Tibb Mərkəzinə təxliyə edilib".
Qaziler.az APA-ya istinadən xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, xəstə kəskin ürək çatışmazlığı, aritmiya və yüksək qan təzyiqi diaqnozları ilə Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilib:
"Hazırda müvafiq müalicələr nəticəsində Ofeliya Sənaninin vəziyyəti stabildir".
Qeyd edilib ki, xəstənin bir neçə gün reanimasiyada saxlanılması və sonradan palataya köçürülməsi planlaşdırılır.