Müqəddəs Taxt-Tacın Dövlətlər və beynəlxalq təşkilatlarla əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Qallager Bakının əsas katolik kilsəsində - Müqəddəs Məryəm Katolik Kilsəsində keçirilən Müqəddəs Messaya başçılıq edib.
QAZÍLER.AZ APA-ya istinaden xəbər verir ki, bu gün Bakıda katoliklərin Milad bayramını qeyd etməyə hazırlaşdığı kilsə ilinin xüsusi dövründə - Adventin III Bazar günündə Müqəddəs Messa mərasimi keçirilib.
Azərbaycandakı Katolik Kilsəsinin apostol prefekti yepiskop Vladimir Fekete, Müqəddəs Taxt-Tacın Azərbaycandakı apostol nunsiosu arxiyepiskop Marek Solçinski və Bakı Müqəddəs Məryəm Katolik Kilsəsinin ruhaniləri mərasimdə iştirak ediblər.
Arxiyepiskop Qallager xütbə ilə müraciət edib.
Foto


