Xidmət rəisi vətəndaşların müraciətlərini dinlədi - FOTO

Xidmət rəisi vətəndaşların müraciətlərini dinlədi - FOTO backend

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov dekabrın 13-də Gəncə şəhərində yerləşən Yeni Azərbaycan Partiyasının inzibati binasında Gəncə, Samux, Göygöl, Daşkəsən, Goranboy və Kəlbəcər şəhər və rayonlarından olan vətəndaşları qəbul edib.

Qaziler.az xəbər verir ki, qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə gül dəstəsi qoyulub, əziz xatirəsi ehtiramla yad edilib.

Qəbulda 5 şəhid ailəsi və 2 müharibə veteranı olmaqla 38 vətəndaşın müraciəti dinlənilib. 

Vətəndaşlar SHXÇDX-də həqiqi hərbi xidmətə və ya işə qəbul, övladlarının gələcək müddətli həqiqi hərbi xidmət yerinin müəyyənləşdirilməsi və s. məsələlərlə bağlı müraciət ediblər.

Xidmət rəisi qəbul zamanı hər bir vətəndaşın müraciətini dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. SHXÇDX-nın səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara yönəldilib.

Diaspora