Sahil Babayev Qubada vətəndaşları qəbul edib - FOTO

Sahil Babayev Qubada vətəndaşları qəbul edib - FOTO backend

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Quba rayonunda Quba və Qusar rayonlarının sakinlərini qəbul edib.

Qaziler.az-ın məlumatına görə, bu barədə nazirlik məlumat yayıb.

Bildirilib ki, qəbulda vətəndaşlar məşğulluq, əlillik, mənzillə təminat, ünvanlı sosial yardım və s. məsələlərlə bağlı müraciət ediblər. Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub.

Hər bir müraciət fərdi qaydada araşdırılıb və tədbirlər görülüb.

Sorğu xarakterli müraciətlərlə bağlı isə qanunvericiliyə uyğun izahatlar verilib. Vətəndaşlar müraciətləri əsasında aktiv məşğulluq proqramlarına, habelə özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata alınıblar.

Diaspora