Bakıda yeni park salınacaq, söküntü işlərinin həcmi açıqlanıb

Bakıda yeni park salınacaq, söküntü işlərinin həcmi açıqlanıb backend

Bakının Yasamal rayonundakı Mərkəzi parkın davamı (S.Tağızadə, A.Şaiq, N.Aşurbəyova küçələrinin əhatəsində salınacaq yeni park) və ətraf ərazilərin abadlaşdırma işlərinin satın alınmasının ehtimal olunan qiyməti 38 milyon manat təşkil edir.

Bu barədə "Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir. Bu, “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin elan etdiyi satınalma şərtlərində öz əksini tapıb.

Görüləcək işlər çərçivəsində ümumi sahəsi 36 min 658 kubmetr təşkil edən binaların uçurulma metodu ilə sökülməsi (kərpic, isidilən binaların) nəzərdə tutulur.

Təchizatçılar tenderdə iştirak üçün təkliflərinin təqdim edilməsi ilə bağlı 25 manat istifadə haqqı və 5 700 manat iştirak haqqı ödəməlidirlər.

İştirak haqqı təchizatçıların sayının üçdən az olmasına görə satınalmanın baş tutmadığı hallar istisna olmaqla, istifadə haqqı isə heç bir halda geri qaytarılmır.

Təkliflər dekabrın 23-ü saat 17:00-a kimi təqdim edilməlidir. Zərflər həmin gün eyni saatda açılacaq.

Diaspora