Yeni Suriya hökuməti İtalya daxil olmaqla ölkədəki bir çox səfirlərlə görüş keçirib

Yeni Suriya hökuməti İtalya daxil olmaqla ölkədəki bir çox səfirlərlə görüş keçirib backend

Yeni Suriya hökuməti İraq, Bəhreyn, Oman, Misir, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Səudiyyə Ərəbistanı və İtaliyanın səfirləri ilə görüş keçirib.

Apa “ANSA”ya istinadən xəbər verir ki, bu barədə Suriya müvəqqəti hökumətinin Siyasi Məsələlər Departamentinin bəyanatında bildirilib.

“Görüş müsbət keçdi və səfirlər yeni hökumətlə yüksək səviyyədə koordinasiyaya söz verdilər”- deyə bəyanatda bildirilib.

Qeyd edilib ki, İtaliya görüşə qatılan yeganə Qərb ölkəsi olub. İtaliyanın Suriyadakı müvəqqəti işlər vəkili Stefano Ravaqnanın görüşdəki iştirak etdiyi bildirilib.

 

Diaspora