Bu gün televiziya və radio işçilərinin peşə bayramıdır. Lent.az-ın məlumatına görə, 1926-cı il noyabrın 6-da Azərbaycan radiosu “Danışır Bakı” ifadəsi ilə fəaliyyətə başlayıb. Azərbaycan Televiziyası yaranandan sonra bu gün həm də televiziya işçilərinin bayramı hesab olunmağa başlayıb.
Bakı Televiziya Studiyası ilk dəfə 1956-cı il fevralın 14-də efirə çıxıb. Həmin gün ekranda “Bəxtiyar” bədii filmi göstərilib.Hazırda Azərbaycanda 11 ümumrespublika yayımçısı, 13 regional televiziya, 14 ümumrespublika radio yayımçısı, 3 regional radio yayımçısı, 11 kabel şəbəkəsi yayımçısı var.