Gəncə şəhəri, Kəpəz rayonunda Nəqliyyat Nazirliyinə məxsus, “Sevinc” yay istirahət düşərgəsinin ərazisində yanğın hadisəsi baş verib.
QAZİLƏR saytının Kəpəz TV-yə istinadən verdiyi məlumata görə, ümumi sahəsi 70 kvadratmetr olan 3 otaqlı fin tipli evin zirzəmisinin döşəməsi 28 kvadratmetr sahədə yanıb. Evin qalan hissəsi və ətraf ərazilər yanğından mühafizə olunub. Qeyd edək ki, yay istirahət düşərgəsi hal-hazırda fəaliyyət göstərmir.YANĞIN - Nəqliyyat Nazirliyinin düşərgəsində

