Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə dekabrın 10-da pensiyaların ödənişinin həyata keçirilməsi nəzərdə tutulub.
"Report" xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Bildirilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.