Sabah bu ərazilərdə su olmayacaq

Sabah bu ərazilərdə su olmayacaq backend

Sabah Abşeron rayonunun Ceyranbatan, Saray qəsəbələrinə, “Qurtuluş” yaşayış massivinə, Novxanı qəsəbəsinin və Binəqədi rayonu Yeni Biləcəri yaşayış massivinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Azərsu” ASC-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin çıxış kəmərindən mövcud magistral su kəmərlərinə yeni birləşmələrin verilməsi ilə əlaqədar noyabrın 6-da saat 06:00-dan 24 saat müddətinə su kəsiləcək.