Slovakiyanın Sankt-Peterburqdakı Baş Konsulluğu 2025-ci ilə qədər fəaliyyətini dayandıracaq

Slovakiyanın Sankt-Peterburqdakı Baş Konsulluğu 2025-ci ilə qədər fəaliyyətini dayandıracaq backend

Slovakiyanın Sankt-Peterburqdakı Baş Konsulluğu gələn ilə qədər fəaliyyətini dayandıracaq. Bu barədə dekabrın 5-də diplomatik nümayəndəliyin saytında məlumat verilib.

Qaziler.az bildirir ki, bu barədə "İzvestiya" məlumat verib.

Baş konsulluğun Slovakiya hökumətinin qərarı ilə 2024-cü il dekabrın 31-dək fəaliyyətini dayandıracağı dəqiqləşir.

“Rusiya Federasiyasının vətəndaşları vizalar, yaşayış icazələri və ya imzaların təsdiqi, tərcümələri, kserokopiyaları və sənədlərin surətləri üçün müraciətlərini Slovakiya Respublikasının Moskvadakı səfirliyinə təqdim etməyə davam edə bilərlər”, - konsulluq nümayəndələri əlavə ediblər.

QAZİLER.AZ

Diaspora