Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib.
ƏƏSMN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, cari ilin oktyabr ayında vətəndaşlar tərəfindən daxil olmuş müraciətlərlə əlaqədar ümumilikdə 1458132 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edlib. Bu məbləğin 75,2 faizini gecikdirilmiş əmək haqları, qalan hissəsini işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalar, zərərə görə ödənclər təşkil edib.Ümumilikdə cari ilin 10 ayı ərzində Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən görülən tədbirlər nəticəsində 2923661 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi, işdən qeyri-qanuni azad edilmiş 17 nəfərin öz əvvəlki işinə bərpa edilməsi təmin olunub.